• 1 İyun 2023
logo
“Türkiyə və Pakistanın Azərbaycanın yanında beynəlxalq müstəvidə nüfuzumuzu artırır”

“Türkiyə və Pakistanın Azərbaycanın yanında beynəlxalq müstəvidə nüfuzumuzu artırır”

Nəsib Məhəməliyev: “Üç qardaş ölkənin yeni formatda əməkdaşlığı tarixi zərurətdir”

Məhəmməd Əsədullazadə: “Regionda proseslər Azərbaycanın lehinə dəyişir”

Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan arasında Bakı Bəyannaməsi imzalanıb. Sənəd Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər tərəfindən imzalanmış bəyannamə ekspertlər tərəfindən strateji addım kimi dəyərləndirilir.
Bəyannamədə bildirilir:

“Parlament sədrləri

- Azərbaycan Pakistan və Türkiyə arasında qardaşlıq, tarix və mədəni əlaqələr, qarşılıqlı hörmət və əməkdaşlığı gücləndirməyin lazımlılığını qəbul edərək;
- Dövlətlərimiz və millətlərimiz arasında mövcud olan əlaqələrin daha da dərinləşdirilməsi üçün üç ölkə arasındakı parlamentar dialoqu və əməkdaşlığın gücləndirilməsinin vacibliyini qəbul edərək;
- Azərbaycan, Pakistan və Türkiyənin bölgələrindəki sülhü, sabitliyi və inkişafı inşa etmək və inkişaf etdirməkdə oynadıqları önəmli rolları və faydalarını vurğulayaraq;
- Öz bölgələrində sabitlik, təhlükəsizlik və rifahı təmin etmək üçün, Azərbaycan, Pakistan və Türkiyə arasında daha əhatəli iş birliyinin strateji önəmini qeyd edərək;
- Xarici dəstəkli terror təhdidi daxil, ancaq bunlarla məhdudlaşmamaqla, kiber hücumlar, hibrid savaş formaları, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkədə müsəlman toplumların barış içində bir arada yaşamasına təmin edən, artan islamafobiya tendensiyası kimi ölkələrin qarşı-qarşıya olduğu saysız çətinlik və ortaya çıxan təhdidlərin fərqində olaraq;
- Beynəlxalq hüququn prinsip və normalarına, ayrıca ölkələrimizin tərəf olduğu beynəlxalq anlaşmalar və digər beynəlxalq sənədlərdəki öhdəliklərimizə olan bağlılığımızı əməkdaşlığın möhkəmləndirilməsi üçün yenidən vurğulayaraq;
- COVID-19 pandemiyasının iqtisadi inkişafla bağlı dünya miqyasındakı təsirlərinin fərqində olaraq;
- Ermənistanın 30 ilə yaxın sürməkdə olan işğalının ardından ərazi bütövlüyünü yenidən təmin edən Azərbaycan hökumətini və xalqını təbrik edərək;
- Azərbaycan-Pakistan-Türkiyə üçlü Parlament Sədrlərinin Birinci Görüşünə ev sahibliyindən ötrü Azərbaycan Milli Məclisinə təşəkkürlərini çatdıraraq;
- Azərbaycan, Pakistan və Türkiyənin qardaş xalqlarını daha da yaxınlaşdırmaq üçün həm ikili, həm də çoxtərəfli səviyyələrdə parlamentlərararası dialoq və əməkdaşlığı inkişaf etdirməyə öynəlik qərarlılıqlarını bəyan etdilər;
- Mövcud əlaqələri gücləndirmək və daimi komitələrin, dostluq qruplarının və parlamentlərin işçi heyətlərinin əlaqələrini təşviq etmək məsələsində qərarlılıqlarını təyin etdilər;
- Beynəlxalq problemlərin həllində və dünyada barış və təhlükəsizliyin möhkəmləndirilməsində ikitərəfli və çoxtərəfli parlamentlər əlaqələrinin rolunu vurğuladılar:
- Konstruktiv bir dialoq və əməkdaşlıq üçün uğurlu bir platforma təqdim etmək səylərində beynəlxalq təşkilatları, xüsusən də parlament assambleyalarında dəstəklədiklərini ifadə etdilər:
- qadın parlamentarilərin qərar qəbul etmə prosesindəki rol və məsuliyyətlərinin artırılmasına yönəlik səyləri və atılan addımları dəstəklədiklərini bildirdilər;
- Qarşılıqlı mənfəətlərin olduğu bölgə və qlobal məsələlərdə yaxın çalışmağa hazır olduqlarını və beynəlxalq qarşılıqlı mənfəətlərin ön plana çıxdığı regional və qlobal məsələlərdə yaxından fəaliyyət göstərməyə hazır olduqlarını və beynəlxalq parlament strukturlarında üç qardaq ölkə olaraq ortaq bir mövqe sərgiləməyə çalışacaqlarını ifadə etdilər
- Bölgə və beynəlxalq parlament platformalarında islamafobiya, ayrı-seçkilik və müsəlman azlıqlara yönəlik təzyiqlərə qarşı mübarizə məsələsində ortaq səyləri koordinasiya etməyi qərara aldılar:
- Nəqliyyat, ticarət, enerji, xalqlar arasında təmas, təhsil, sosial və mədəniyyət, turizm, elm və rabitə texnologiyalarında regional müstəvidə daha yaxın əməkdaşlıq inşa etmək səylərində hökumətlərə ətraflı dəstək vermək məsələsində konsensusa gəldilər;
- COVID-19 pandemyiasının geniş miyqaslı təsirləri ilə bağlı müzakirə apardılar, informasiya və ən yaxşı təcrübələri dəstəkləməkdə razılığa gəldilər və bu problemlə əhatəli mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə çağırış etdilər;
- Müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı üçün güclü dəstəklərini və qarşılıqlı hörmətlərini yenidən təsdiq etdilər;
- Ermənistanın Azərbaycana mina xəritələrini verməyi rədd etməsini qınayaraq, azad edilmiş torpaqların yenidən inşası və məcburi köçkünlərin evlərinə qaytarılması səylərində Azərbaycan ilə tam həmrəylik içində olduqlarını vurğuladılar”.

Yeni format və tarixi hadisə

Millət vəkili Nəsib Məhəməliyev “Xalq Cəbhəsi”nə bildirdi ki, Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin imzaladığı Bakı bəyannaməsi, üç ölkənin qanunverici orqanları arasında yeni formatdır və tarixi hadisədir. O “bəyannamənin hərbi-siyasi əhəmiyyətinə gəldikdə, biz bunun 44 günlük Vətən müharibəsində real nəticələrini şahidi olduq” – deyə bildirib: “Müharibə dövründə Bakının küçələrində Azərbaycan, Türkiyə bayraqları ilə yanaşı, Pakistan bayraqları da dalğalanırdı. Hər iki dövlət ilk gündən ölkəmizin yanında olduqlarını bəyan etdi. Ermənistanı dəstəkləyən qlobal güclərin neytrallaşdırılmasında mühüm rol oynadı. Bir neçə istiqamətdən gələn təhdidlərin cavabını qətiyyətlə verdilər. Son günlər bizə “qəhrəman” kimi sırınmaq istəyənlərə, Pakistanın Baş Naziri, Azərbaycan xalqının dostu İmran Xanın cavabları tam yerində oldu və heç zaman unudulmayacaq. Pakistan eyni mövqeni Şərqi Aralıq dənizi ətrafında gedən və regional məsələlərdə qardaş Türkiyəyə göstərdi”.
N.Məhəməliyev əlavə edib ki, Pakistan yeganə nüvə silahına malik müsəlman dövlətidir: “Beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində xüsusi çəkiyə malikdir. Güclü ordusu, hərbi-sənaye kompleksi mövcuddur. Türkiyə də həmçinin. Nəinki regional, eyni zamanda qlobal siyasətdə aktiv rol almış, sözünü demiş ölkədir. Türkiyənin Orta Şərqdə, Afrikada, Avropada apardığı siyasət, beynəlxalq hüquqa, ədalətə söykənir, əzilmiş xalqların müdafiəsinə əsaslanır. Azərbaycanın hər iki ölkənin hərbi, sənaye strukturları arasında ciddi əməkdaşlıq münasibətləri mövcuddur. Hərbi kadrların hazırlanması, birgə istehsal sahələrinin yaradılması nəzərdə tutulur. İqtisadi-ticari əməkdaşlıq, elmin, təhsilin, texnologiyaların inkişafı, mədəni əlaqələrin genişləndiriməsi istiqamətində addımlar atılır. Zəngəzur dəhlizi açıldıqdan sonra, Pakistan-Türkiyə nəqliyyat-logistika əməliyyatları daha intensiv xarakter alacaq. Türkiyə və Pakistan kimi iki qüdrətli dövlətin Azərbaycanın yanında olması, gücümüzə güc qatmaqla, beynəlxalq müstəvidə nüfuzumuzu artırır. Üç qardaş ölkənin yeni formatda əməkdaşlığı tarixi zərurətdir və Prezident İlham Əliyevin uzaqgörən, düşünülmüş xarici siyasətinin nəticəsidir. Bu əməkdaşlığın daha sıx şəkildə aparılması üçün müvafiq qanunvericilik bazasının yaradılması isiqamətində Azərbaycan Milli Məclisi öz üzərinə düşən vəzifələri vaxtında icra edəcək”.

Siyasi-hərbi platforma

Politoloq Məhəmməd Əsədullazadə isə cdiqqətə çatdırdı ki, Türkiyə, Azərbaycan və Pakistan paralment sədrlərinin bir araya gəlib, "Bakı" bəyannaməsi imzalaması, "Şuşa" Bəyannaməsindən sonra, regionda yeni bir siyasi-hərbi platformanın qurulmasıdır: “Türkiyə məhz regional strateji mövqeyini gücləndirmək üçün xüsusilə, Mərkəzi Asiya, Orta Şərqdə Azərbaycan və Pakistanla birgə əməkdaşlığa əsaslanır.
"Bakı" Bəyannaməsi siyasi əməkdaşlığı nəzərdə tutsada, artıq hər iki ölkə Azərbaycanla sıx hərbi əməkdaşlığa malikdir və hər iki ölkənin hərbiçiləri Azərbaycanla birgə koordinasiyalı çalışır. Birgə hərbi təlimlər keçirir. Ümumiyyətlə Bakı Bəyannaməsinin digər əhəmiyyətli hissəsi Pakistanla iki tərəfli və üçü tərəfli hərbi əməkdaşlığı inkişaf etdirməkdir. Cənubi Qafqazda Azərbaycan, Türkiyə və Pakistanın hərbi dəstəyini alması, birgə bir ordunun yaradılmasına gələcək perspektivdə mümkün ola bilər. Bura Mərkəzi Asiyanın Türk dövlətlərinində üzv olması reallaşa bilər. Türkiyənin strateji planı budur və regionda proseslər Azərbaycanın lehinə dəyişir.
Qeyd edim ki, Ermənistanın Azərbaycanla üçtərəfli sazişə əməl etməməsi, Fransanın və Rusiyanın Ermənistanın vasitəsilə təxəribatlara əl atması, məhz Türkiyənin regonda artan aktivliyindən qaynaqlanır.
"Şuşa" və "Bakı" Bəyannaməsi Azərbaycana hər iki ölkənin müttəfiqi olduğunun gəstəricisidir. Pakistanın Azərbaycanla əlaqələrini inkişaf etdirməsi bu ölkənin Mərkəzi Asiya vasitəsilə Avropaya çıxışını da təmin etməklə yanaşı, regionda təsir gücünün artmasına gətirib çıxaracaq. Qeyd edim ki, hər iki ölkə güclü orduya və nüvə silahına malidkir. Azərbaycanın bu iki ölkə ilə müttəfiqliyi ölkəmizin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Belə bir üçü tərəfli ittfaqın zəruriliyi Türkiyənin və Pakistanın siyasətlərinin üst-üstə düşməsindənirəli gəlir. Hər iki ölkə öz regionlarında uzun illər ABŞ təsirində olub. Hazırda aktiv müstəqil siyasətə malik olaraq öz regional maraqlarını təmin edirlər”.

Əli Zülfüqaroğlu