• 18 Fevral 2025
logo
ABŞ-ın Tiflis və Bakıya marağı azalıb?

ABŞ-ın Tiflis və Bakıya marağı azalıb? – Hocesdən cavab

ABŞ və NATO Qara dəniz regionunun artan strateji əhəmiyyətini dərk edir.
Bunu ABŞ-ın Avropadakı qoşunlarının sabiq rəhbəri Ben Hoces deyib. Onun sözlərinə görə, ABŞ-ın Cənubi Qafqaza marağının itməsi haqqında deyilənlər doğru deyil:
“ABŞ və NATO-nun Qara dəniz regionunun artan strateji əhəmiyyətini dərk etdiklərini bilirəm. Buna nümunə “Sea Breeze” təlimləridir. Lakin Gürcüstanın səsi Ukrayna, Türkiyə və Rumıniya ilə birgə Vaşinqtonda, Brüsseldə, Parisdə, Londonda və Berlində daha yüksəkdən gəlməlidir ki, regiona daha çox diqqət ayrılsın. Özəlliklə, Gürcüstan, Ukrayna və Azərbaycan Qərb və Amerika biznesi üçün daha cəlbedici olmalıdır. Böyük investisiyalar olarsa, hökumətlər təhlükəsizliyə daha çox diqqət ayıracaqlar. Əlbəttə, bu, Kremlin bu ölkələrdə görməyi arzuladığı son şeydir”.