• 13 Fevral 2025
logo
XİN başçısı: "Serbiya və Azərbaycan arasında münasibətlər dostluq və strateji əməkdaşlığa əsaslanır"

XİN başçısı: "Serbiya və Azərbaycan arasında münasibətlər dostluq və strateji əməkdaşlığa əsaslanır"

"Serbiya və Azərbaycan arasında münasibətlər dostluq və strateji əməkdaşlığa əsaslanır".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, geniştərkibli və təkbətək formatda görüşlər keçirilib, görüşlərdə əməkdaşlıq imkanları müzakirə olunub: "Regional təhlükəsizlik məsələləri müzakirə predmeti oldu. İki ölkə arasında münasibətlər dostluq və strateji tərəfdaşlığa əsaslanır və ölkələrimiz arasında yüksək siyasi dialoq mövcuddur. Bu cür ali və yüksək səviyyəli görüşlərin keçirilməsi münasibətlərin inkişafı baxımından vacibdir. Əminəm ki, bu səfər də münasibətlərin inkişafına töhfə verəcək. Serbiya və Azərbaycanın münasibətlərində müstəqillik, suverenlik, beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsas götürülüb və biz ölkələrin daxili məsələlərinə qarışmamağı əsas hesab edirik. Beynəlxlaq hüququn təməl prinsip və normaları bizim əməkdaşlığımızın əsasında dayanır”.

Azərbaycanlı nazir bildirib ki, görüşdə iqtisadi əməkdaşlıq da müzakirə olunub: "İlk beş ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz artım qeydə alınıb və görüşümüzdə bundan artıq işlərin görülməsi imkanları barədə razılığa gəldik. Qarşlıqlı ticarət dövriyyəsindən əlavə Azərbaycan şirkətlərinin Serbiyada və Serbiyanın Azərbaycanda şirkətlərinin fəaliyyətini müzakirə etdik”.

C. Bayarmovun sözlərinə görə, digər müzakirə mövzusu Azərbaycanın Avropanın enerji təhlükəsizlikyindəki rolu olub.

Nazir bildirib ki, Aİ və Azərbaycan arasında bu sahədə əməkdaşlığın genişləndirilməsində Serbiya da marağını ifadə edib.

C. Bayramov bildirib ki, görüş zamanı beynəlxalq platformalarda əməkdaşlıq və onun daha da gücləndirilməsi vurğulanıb.

XİN başçısının sözlərinə görə, Qoşulmama Hərəkatının Belqrad konfransının 60 illiyi tamam olur və bu münasibətlə beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur və bu konfransa hazırlıqla bağlı serbiyalı nazirlə müzakirə aparıb.