Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan yenidən Azərbaycana qoşunların sərhəddən bərabər şəkildə çəkilməsi və burada Rusiya sərhədçilərinin yerləşdirilməsini təklif edib.
Paşinyan bu təkliflə hökumətin iclasında çıxış edib.
O, həmçinin iclasda çıxışı zamanı regiondakı vəziyyətin gərgin olaraq qaldığını bildirib.
Paşinyan Rusiyanın regionda stabillik və təhlükəsizliyin təminatı üçün aparıcı rol oynadığını söyləyib.