• 9 İyun 2023
logo
ABŞ səfirliyi: Azərbaycan və Ermənistan sərhədində baş verən insidentlərdən narahatıq

ABŞ səfirliyi: Azərbaycan və Ermənistan sərhədində baş verən insidentlərdən narahatıq

“ABŞ səfirliyi son günlərdə Azərbaycan və Ermənistan sərhədində, Sədərək-Erasx yaxınlığında baş verən insidentlərdən narahatdır”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” hesabında paylaşım edilib.
“Hər iki tərəfi gərginliyi tezliklə və dinc yolla azaltmağa və danışıqların bərpası üçün imkan yaratmağa çağırırıq”, - deyə səfirliyin məlumatında qeyd olunub.