• 19 Fevral 2025
logo
“Azərbaycan bir sıra diplomatik uğurlar əldə edib”

“Azərbaycan bir sıra diplomatik uğurlar əldə edib”

“Azərbaycanın nüfuzu regionda və dünyada artmaqda davam edir. Bu da Qoşulmama Hərəkatının reytinqinə müsbət mənada təsir edir”. Bunu xalqcəbhədi.az-a açıqlamasında politoloq Rusif Məmmədsoy deyib. O, bildirib ki, Azərbaycan sədrlik dönəmində bir sıra diplomatik uğurlar əldə edib: “44 günlük Qarabağ savaşından sonra üzv dövlətlərin Azərbaycanı birmənalı dəstəkləməsi bunu bir daha sübut etdi. Bundan başqa Azərbaycan həm Qərblə, həm də Rusiya ilə münasibətləri qoruyub saxlaya bildi. Qoşulmama Hərəkatının prinsiplərindən biri və birincisi də elə budur. Bundan əlavə Rusiya da bu hərəkatda müşahidəçi statusu aldı. Bu da çox vacib məqamdır. Azərbaycanın bu dönəmdə hərəkata sədrlik etməsi arzuolunandır”.

Əli