Azərbaycanda bələdiyyə seçkilərinin tarixi müəyyən edilib.
Bununla bağlı bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.
İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov vurğulayıb ki, ötən bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.
M.Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub.
Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.