Azərbaycan koronavirusla mübarizədə elə düzgün siyasət həyata keçirdi ki, bütün beynəlxaq təşkilatları, habelə dünyanın inkişaf edən dövlətlərin diqqətini özünə cəlb etdirdi. Eyni zamanda Azərbaycanın bu sahədə maarifləndirici təbliğatı, işi dünyaya nümunə göstərildi.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Mirsamir Məmmədov bildirib.
O, qeyd edib ki, Azərbaycan daxildə koronavirusa qarşı mübarizə aparmaqla yanaşı, bu sahədə digər ölkələrə də yardım edib. Onun sözlərinə görə,
Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur: "Azərbaycan dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib. Bu vəsaitin 5 milyon dollarının koronovirusdan ən çox zərər çəkən Qoşulmama Hərəkatı üzvləri üçün ayrılıb. Bununla da ölkəmiz üzv olduğu bu hərəkat üzvlərini də unutmayıb".
M.Məmmədov onu da vurğulayıb ki, Azərbaycan ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.
Cavid