• 1 İyun 2023
logo
“Azərbaycan-Türkiyə birliyi böyük gücə çevrilib”

“Azərbaycan-Türkiyə birliyi böyük gücə çevrilib” - Azər Badamov

“15 iyul Türkiyə üçün ağır, çətin bir imtahandan çıxdığı bir gün kimi tarixə düşdü. Tükiyə böyük gücə malik və dünyada çəkisi olan dövlətdir. Belə güclü bir Türkiyənin olması xarici dairələri çox narahat edirdi. Ona görə Türkiyədə dövlət çevrilişini etmək, parçalamaq, zəiflətmək məqsədilə özlərinin iyrənc planlarını reallaşdırmaq istəyirdilər”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük liderdir və müdrük türk xalqını ətrafına yığaraq dövlət çevrilişin qarşısı alındı: Çox təəssüf ki, şəhidlər də verildi. Amma türk xalqı öz sözünü dedi və dövlətçiliyini qoruyub saxlaya bildi. Allah bütün şəhidlərə rəhmət eləsn.
Lideri olan xalq xoşbəxtdir. O cümlədən Prezident Ərdoğanın rəhbərlik etdiyi illərdə Türkiyə sıçrayışla inkişaf edib. Türkiyə dünya ölkələrinin boy sırasında yuxarı başda sıralanır. Azərbaycan hər zaman Türkiyənin, Türkiyə də Azərbaycanın yanındadır. Bu qardaşlığımız tarixin sınaqlarından çıxıb. 44 günlük Vətən müharibəsində də Türkiyə bir millət iki dövlət olduğumuzu bir daha sübut etdi. 15 iyunda imzalanmış “Şuşa Bəyannaməsi” bu qardaşlığımızı bir daha rəsmiləşdirdi. İmzalanmış bəyannamə Türkiyə və Azərbaycanın bir-birinin yanında olduqlarını rəsmi şəkildə təsdiqləyərək bəyan etməsi deməkdir. Bu gün Azərbaycan-Türkiyə birliyi böyük gücə çevrilib və ölkələrimizə ola biləcək hər hansı bir təhlükəni dəf etmək iqtidarınadır”.

Əli Zülfüqaroğlu