İqtisadi cəhətdən çökən, əhalisi səfil, sərgərdan olan, kasıb Ermənistan bu gün qonşularlyla münasibətini normallaşdırmalıdır. "Üçüncü qüvvələr" in təxribatına uymamalıdır".
Bunu Baymedia.az-a ALDP Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.
O, qeyd edib ki, Ermənistan sülh sazişindən imtina edirsə, deməli sülhdən və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Belə olacağı təqdirdə Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımır və nəyə görə də tanımalıdır: "Ermənistanın ağır günə düşməsinin başlıca səbəbi işğalçılıq siyasətindən əl çəkməməsi və onun başqa dövlətlərin əlində oyuncağa çevrilməsidir. Bu gün Ermənistanda hakimiyyətdə demokratik qüvvələr yoxdur. Bu gün Ermənistan adlı müstəqil ölkə yoxdur. Qarşımızda məğlub olan Ermənistan var, iqtisadiyyatı, hətta sərhədləri belə Rusiyanın nəzarətində olan bir Ermənistan var".
ALDP rəsmisi qeyd edib ki, Ermənistanın nicatı Azərbaycandan asılıdır, əgər yaşamaq, ayaq üstə durmaq istəyirsə, o zaman təxribata, silaha yox, sülhə əl atmalıdır: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdur. Tanımayacaqsa bu ona baha başa gələcək, vəziyyəti daha da ağırlaşacaq. Sülh sazişi Ermənistanı bundan sonra üzləşə biləcək bəlalardan qurtara bilər".
Cavid