• 4 İyun 2023
logo
Ermənilər eyni səhvi təkrar edir

Ermənilər eyni səhvi təkrar edir – Korotçenko

Erməni ordusu İkinci Qarabağ müharibəsindəki məğlubiyyət şokundan tədricən qurtulur, amma yenidən Azərbaycanla sərhəddə müxtəlif hərbi təxribatlara əl atır.
Bunu “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko özünün Teleqram kanalında bildirib.
Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı qruplarının da təxribatlar təşkil etdiyini deyən politoloq bunun təsadüf olmadığını deyib.
“Təsadüfmü? Mən belə düşünmürəm! Erməni hərbçiləri eyni səhvi təkrar edirlər. Məgər başa düşmürlər? Bəs elə deyilsə, niyə ikinci dəfə eyni səhvi edirlər”, - deyə Korotçenko əlavə edib.