• 18 Fevral 2025
logo
Paşinyan: Bakı bizi yenə blokadada saxlamaq istəyir

Paşinyan: Bakı bizi yenə blokadada saxlamaq istəyir

Azərbaycan hökumətinin mövqeyi göstərir ki, onlar regional kommunikasiyaları açmaq istəmirlər və Ermənistanı blokadada saxlamaq niyyətindədirlər.
Bunu Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.
O, guya Azərbaycanın sülh prosesini dağıtmaq istədiyini iddia edib:
“Onların məqsədi Ermənistanın blokadasını davam etdirməkdir. Lakin biz üçtərəfli qrupda işimizi davam etdirəcəyik ki, bu blokadanı yaraq, rusiyalı və beynəlxalq tərəfdaşlarımızın köməyi ilə əlaqələrin açılmasına nail olaq”.