• 19 Fevral 2025
logo
İsrail səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub

İsrail səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlıq, strateji tərəfdaşlıq münasibətləri, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər mövzularda səmimi müzakirələr aparılıb.