• 13 Fevral 2025
logo
Erməni dəstələri Şuşadakı mövqelərimizi atəşə tutdu

Erməni dəstələri Şuşadakı mövqelərimizi atəşə tutdu - Təcili

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.