• 13 Fevral 2025
logo
Pakistan səfiri: “İnanıram ki, müxtəlif ölkələrdən turistlər Şuşaya səfər edə biləcəklər”

Pakistan səfiri: “İnanıram ki, müxtəlif ölkələrdən turistlər Şuşaya səfər edə biləcəklər”

“Şuşada olduğum üçün çox xoşbəxtəm”.

Bunu Şuşada səfərdə olan Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee jurnalistlərə açıqlamasında deyib.
“Şuşada olduğum üçün şanslıyam. Ötən il Azərbaycana gəldikdən sonra azərbaycanlıların hər zaman bir şəhər haqqında xüsusi bəlağətlə danışdığını eşitmişdim. Bu, Şuşa idi. Mən bütün azərbaycanlı dostlarıma, Azərbaycan xalqına öz salamlarımı, təbriklərimi çatdırıram. Bu şəhərin təbiəti, gözəlliyi valehedicidir. Şuşa mənə Pakistandakı gözəl yerləri xatırladır. Buranın iqlimi gözəldir, faydalı suları var. Şuşa qalası möhtəşəmdir. İnanıram ki, tezliklə bu binalar yenidən bərpa olunacaq, müxtəlif ölkələrdən turistlər bu şəhərə səfər edə biləcəklər”, - deyə pakistanlı diplomat vurğulayıb.