• 4 İyun 2023
logo
Xarici diplomatlar Şuşada Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün “güllələnmiş heykəlləri”nə baxıblar

Xarici diplomatlar Şuşada Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün “güllələnmiş heykəlləri”nə baxıblar

Azərbaycandakı diplomatik korpusun nümayəndələri bu gün Şuşaya səfər çərçivəsində şəhərin mərkəzi meydanında olublar.

Diplomatlar mərkəzi meydanla tanış olub, Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün meydandakı “güllələnmiş heykəlləri”nə baxış keçiriblər.