Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə Aİ komissarı "Twitter"də bildirib.
"Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdə xüsusilə əlaqələnməni vurğulayaraq, İqtisadi və İnvestisiya Planının reallaşdırılması ətrafında vacib fikir mübadiləsi apardıq. Həmçinin COVID-19-un yaratdığı çətinliklərə cavab verilməsi barədə danışdıq", - deyə Aİ komissarı qeyd edib.