• 14 Fevral 2025
logo
Diplomatik barbarizm

Diplomatik barbarizm

ABŞ-ın Ermənistandakı səfiri üçün yaddaş qeydləri

ABŞ-ın Ermənistandakı səfiri Con Evans Ermənistan mediasına ölkəsinin müstəqillik bəyənnaməsinin 200 illiyi münasibətilə müsahibəsində jurnalist Hovhanisyanın təxribat xarakterli suallarına mahiyyətcə fərqli olmayan cavablar verib və Azərbaycanın “Qarabağda möhkəm sülh əldə olunması məsələsini çətinləşdirdiyini” bildirib.

Səfir deyib ki, “Azərbaycan tərəfindən başladılan müharibə nəticəsində baş verən zorakılıq və dağıntılar “Dağlıq Qarabağ” əhalisinə böyük ağrı və əzablar gətirib, məsələnin sülh yolu ilə və dayanıqlı həlli isə, təəssüf ki, çətinləşib”.

ABŞ-ın Ermənistandakı səfirinin qərəzi, gerçəkildən uzaq mülahizələri göz qabağındadır. Ola bilsin ki, Vaşinqton Soros fondu, Milli Demokratiya İnsitutu, həmçinin digər “fond və institut” şəbəkələri vasitəsilə himayə etdiyi və hələ formalaşmamış, zəif Paşinyan hakimiyyətini müdafiə etmək üçün Ermənistanın ictimai rəyinə səfir vasitəsilə müəyyən “isti” mesajlar vermək niyyəti güdür. Amma icra çox uğursuzdur və mahiyyət etibarilə Birləşmiş Ştatların maraqlarına cavab vermir.

Doğrusu, Ermənistan mediasının ABŞ səfirinin müsahibəsini təhrif edə biləcəyinə inanmıram. Müsabəni oxuyan istənilən peşəkar jurnalist, yaxud analitik onun yazılı suallara verilən yazılı cavablardan ibarət olduğunu müəyyənləşdirə bilər. Yəni müsahibə ABŞ-ın Ermənistandakı səfirliyində yazılıb. Çox güman ki, Azərbaycanda doğura biləcəyi reaksiyalar da nəzərə alınmaqla...

Səfirin dediklərinin mahiyyətinə gəldikdə isə, müharibənin Ermənistan tərəfindən, ötən əsrin 90-cı illərində başladıldığı və 30 ilə yaxın bir zaman kəsiyində işğalla müşahidə olunduğunu Con Evans da, onun təmsil etdiyi adminstrasiyanın müvafiq strukturlarının təmsilçiləri də çox yaxşı bilirlər. 2020-ci iliun sentyabrında başlayan hərbi əməliyyatlar isə Azərbaycandan yeni əraziləri qopartmaq istəyən və bunu müdafizə nazirinin vasitəsilə açıq şəkildə dilə gətirən Ermənistanın davamlı təxribatlarına, həmçinin danışıqlar prosesinin məqsədyönlü və işğalçının maraqlarına uyğun bir şəkildə uzadılmasına, təcavüzkara münasibətdə beyməlxalq hüququn norma və prinsiplərinin tətbiq olunmamasına ölkəmiz tərəfindən verilən reaksiyadır.

Onu da qeyd edim ki, səfirin müsahibəsində Azərbaycanda mühakimə olunan erməni təxribatçılarla bağlı məqamlar da yer alıb. Bu isə müsahibənin nə üçün məhz Füzuli və Zəngilan rayonlarında basdırılmış tank və piyadalar əleyhinə minaların xəritələrinin Rusiyanın vasitəçiliyi ilə Azərbaycana təhvil verilməsindən, həmçinin 15 erməni təxribatçının məhkəmə qərarı ilə Ermənistana göndərilməsindən sonra ortaya çıxması barədə qənətə gəlməyə imkan yaradır.

ABŞ səfirinin müsahibəsində “Bərbər dəniz quldurları” ilə bağlı tarixdən misal gətirməsi də, görünür təsadüfi deyil. Bəlkə də Con Evansın yaddaşı müstəqillik bəyənnaməsinin 200-ci ildönümünü qeyd edən ölkəsinin quldurlar tərəfindən qəsb edilmiş ərazidə yaradıldığını xatırlamağa imkan vermir...

Düşünürəm ki, bu müsahibədə yer alan təhrifedici və aşağılayıcı məqamlarla bağlı ilə bağlı Con Evansa olmasa da, Erl Litzenbergerə - ABŞ-ın Azərbaycandakı səfirinə bəzi tarixi və çağdaş faktları xatırlatmaq pis olmaz...

Con Evansın müsahibəsi ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://www.tert.am/en/news/2021/07/06/john-evans/3656292