• 1 İyun 2023
logo
Vitse-spiker: “Bu ilin payızında məhkəmə hakimlərinin sayı kifayət qədər artmış olacaq”

Vitse-spiker: “Bu ilin payızında məhkəmə hakimlərinin sayı kifayət qədər artmış olacaq”

“Prezidentin müvafiq fərmanında hakimlərin sayının artırılması nəzərdə tutulur. Bu, hakimlərin iş yükünün azaldılması məqsədi daşıyır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Əli Hüseynli Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
O bildirib ki, bu ilin fevral ayında 44 yeni hakim təyin olunub: “44 hakim hazırlıq mərhələsindədir. Hakimlərin seçilməsi prosesi davamlı şəkildə gedir. Ümumilikdə, Prezidentin fərmanın tətbiqi ilə bağlı 2 il ərzində çox ciddi işlər gedir. Bu ilin payızında hakim korpusunun sayı kifayət qədər artmış olacaq”.