• 12 İyul 2025
logo
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşüb

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşüb

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi səfərlə Səudiyyə Ərəbistanı Krallığına yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.