• 29 Yanvar 2023
logo
Putin dünya üçün əsas təhlükələri sadalayıb

Putin dünya üçün əsas təhlükələri sadalayıb

Rusiya Prezidenti Vladimir Putin kütləvi qırğın silahlarının yayılmasını, beynəlxalq cinayətkarlığı, kibercinayətkarlığı və terroru dünya üçün əsas təhlükələr adlandırıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə V. Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransının iştirakçılarına video-müraciətində bildirib.
“Regional silahlı münaqişələr, kütləvi qırğın silahlarının yayılma riski, transsərhəd kriminal qrupların aktivləşməsi, narkoticarət və kibercinayətkarlıq ciddi narahatlıq doğurur”, - deyə o vurğulayıb.

Rusiya lideri beynəlxalq terrorizmin hələ də əsas təhlükə olaraq qaldığını da əlavə edib.

Video-müraciət Kremlin saytında yayımlanıb.