15 oktyabr 2019-cu il tarixində Litva Respublikasının Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri cənab Egidijus Navikas ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.