• 10 İyul 2025
logo
Rusiya səfiri gələn həftə Vaşinqtona qayıdır

Rusiya səfiri gələn həftə Vaşinqtona qayıdır

Rusiya səfiri Anatoli Antonov gələn həftə Vaşinqtona qayıdır.

Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında bildirib.
“Rusiyanın ABŞ-dakı səfirinin məsələsi, şübhəsiz ki, hamını maraqlandırır. Onun növbəti iş həftəsini Vaşinqtonda keçirəcəyini ehtimal edirik”, - Rusiya XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Baydenin ABC telekanalına müsahibəsindən sonra Kreml və Ağ Ev arasında gərginlik yaranmış, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya-ABŞ münasibətlərinin analizi üçün mart ayında Moskvaya məsləhətləşməyə çağırılmışdı.