• 19 Mart 2024
logo
Azərbaycanla Leninqrad vilayəti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq Sazişi təsdiqləndi

Azərbaycanla Leninqrad vilayəti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq Sazişi təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında 2019-cu il iyunun 7-də Sankt-Peterburq şəhərində imzalanmış Saziş təsdiq edilir.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinə onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökumətinə bildiriş göndərəcək.