• 29 Yanvar 2023
logo
Ərdoğan Heydər Əliyevin məzarını ziyarət edib

Ərdoğan Heydər Əliyevin məzarını ziyarət edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstəsi qoyub.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi qoyulub.