• 28 Yanvar 2023
logo
Azərbaycan Qoşulmama Hərəkatı platformasını qlobal təhlükəsizliyin təmin olunması üçün istifadə edir - Hikmət Hacıyev

Azərbaycan Qoşulmama Hərəkatı platformasını qlobal təhlükəsizliyin təmin olunması üçün istifadə edir - Hikmət Hacıyev

Azərbaycan Qoşulmama Hərəkatı platformasını qlobal təhlükəsizliyin təmin olunması üçün istifadə edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Hikmət Hacıyev "Azərbaycanın Avro-atlantik sülh və təhlükəsizliyə töhfəsi" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq münasibətlərin inkişafına böyük əhəmiyyət verir: "Azərbaycan Qoşulmama Hərəkatı platformasını beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək üçün istifadə edir. Biz xüsusilə COVID-19-dan sonra yaranmış reallıqlar nəzərə alınmaqla, beynəlxalq münasibətlərdə sabitliyin təmin olunması üçün dəyərlərə, əməkdaşlığa diqqət veririk".