• 27 Aprel 2024
logo
Çavuşoğlu: “Ermənistanın öz səhvlərindən nəticə çıxaracağına ümid edirik”

Çavuşoğlu: “Ermənistanın öz səhvlərindən nəticə çıxaracağına ümid edirik”

“Biz Cənubi Qafqazın sülh bölgəsi olmasını istəyirik”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumu ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsindən hamı, o cümlədən Ermənistan və erməni xalqı faydalanacaq.

“Ermənistan öz-özünü təcrid edib. Ermənistanın öz səhvləri ucbatından qonşuları ilə münasibətləri yaxşı deyildi. Ümid edirik ki, Ermənistan öz səhvlərindən nəticə çıxaracaq”, - deyə Çavuşoğlu qeyd edib.