• 1 İyul 2025
logo
Kreml: Putin və Bayden Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayıracaq

Kreml: Putin və Bayden Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayıracaq

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden Cenevrədə Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib
Onun sözlərinə görə, Rusiya və ABŞ liderləri eyni zamanda, strateji sabitlik, COVID-19 və kibercinayətkarlıqla mübarizə məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.

Y. Uşakov qeyd edib ki, V. Putin və C. Bayden Dağlıq Qarabağ, Ukrayna daxilindəki münaqişə və Belarusdakı vəziyyətə xüsusi diqqət ayırmağı planlaşdırırlar.

Qeyd edək ki, Rusiya-ABŞ sammiti sabah Cenevrədə keçiriləcək.