• 31 Yanvar 2023
logo
Ərdoğan: “Türkiyə Qafqazda sülh və sabitliyin təsis edilməsinə əhəmiyyətli dəstək verir”

Ərdoğan: “Türkiyə Qafqazda sülh və sabitliyin təsis edilməsinə əhəmiyyətli dəstək verir”

“Türkiyə İraqdan Əfqanıstana, Balkan ölkələrindən Qafqaza, Qara dənizdən Aralıq dənizi və Afrikayadək sülhün və sabitliyin təsis edilməsinə əhəmiyyətli dəstək verir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Sammiti çərçivəsində keçirilən “Sabitliyə töhfə” panelinə ünvanladığı videomüraciətdə deyib.
Türkiyə Prezidenti bildirib ki, bu gün dünyada sülhə ən böyük əngəl terrordur.

O qeyd edib ki, Türkiyə terror təşkilatlarına qarşı mübarizədə ön sıralarda yer alır: “Türkiyə olaraq terrorla hər cür mübarizədə müttəfiqlərimizdən gözlədiyimiz dəstəyi ala bilmirik. Türkiyənin sərhədləri NATO-nun sərhədləridir. Bu, unudulmamalıdır”.