• 12 İyul 2025
logo
Litva Prezidenti: "NATO-nun növbəti sammiti gələn il İspaniyada keçiriləcək"

Litva Prezidenti: "NATO-nun növbəti sammiti gələn il İspaniyada keçiriləcək"

NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının növbəti zirvə toplantısı İspaniyada keçiriləcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun bu gün Brüsseldə keçirilən sammitində iştirak edən Litva Prezidenti Gitanas Nauseda bildirib.
“Litva bütün lazımi infrastrukturu təmin etməyə və NATO-nun 2022-ci ildə İspaniyada baş tutacaq zirvə toplantısından sonra keçiriləcək növbəti sammitə ev sahibliyi etməyə hazırdır”, - deyə o qeyd edib.

NATO 2022-ci ildə keçiriləcək zirvə toplantısının tarixini və yerini rəsmi olaraq hələ açıqlamayıb. Bu, yalnız bu gün Brüsseldəki sammitdə rəsmi olaraq təsdiqlənəcək.