• 27 Yanvar 2023
logo
Ərdoğanın Azərbaycan parlamentinin iclasında iştirakı ilə əlaqədar deputatlar koronavirus testindən keçəcək

Ərdoğanın Azərbaycan parlamentinin iclasında iştirakı ilə əlaqədar deputatlar koronavirus testindən keçəcək

Koronavirus infeksiyası ilə əlaqədar Milli Məclisin deputatları bu gün və sabah mərhələli şəkildə tibbi test yoxlanışından keçəcəklər.

Bu, Milli Məclisin iyunun 16-da keçiriləcək iclası ilə bağlıdır.
Belə ki, Azərbaycanda səfərdə olacaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin iyunun 16-da keçiriləcək iclasına qatılacaq və çıxış edəcək.