• 1 İyul 2025
logo
Bayden və Merkel görüşəcək

Bayden və Merkel görüşəcək

ABŞ Prezidenti Co Bayden Almaniya kansleri Angela Merkellə görüşəcək.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Görüşün Almaniya kanslerinin Vaşinqtona səfəri çərçivəsində - iyulun 15-də Ağ Evdə keçiriləcəyi bildirilib.

Görüşdə liderlər COVID-19 pandemiyası, iqlim dəyişikliyi və "Şimal Axını-2" ilə bağlı müzakirələr aparacaqlar.