• 16 Aprel 2024
logo
Türkiyə səfirliyinə yeni mətbuat müşaviri təyin olunub

Türkiyə səfirliyinə yeni mətbuat müşaviri təyin olunub

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub.
Trend-in məlumatına görə, bu vəzifəyə təyinat alan Hüseyin Altınalan bu gündən etibarən rəsmi olaraq işə başlayıb.
Qeyd edək ki, H.Altınalan daha əvvəl Türkiyənin "Anadolu" dövlət agentliyinin İstanbul ofisinin direktoru vəzifəsində çalışıb.