• 2 İyul 2025
logo
ABŞ Dövlət Departamentinin rəsmisi: “Azərbaycan güclü tərəfdaş ölkədir”

ABŞ Dövlət Departamentinin rəsmisi: “Azərbaycan güclü tərəfdaş ölkədir”

“Azərbaycan güclü tərəfdaş ölkədir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramovla görüşdə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker deyib.
O, ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb.

Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən ABŞ rəsmisi, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib.