• 25 Aprel 2024
logo
Türkiyə və Azərbaycan münasibətləri

Türkiyə və Azərbaycan münasibətləri

Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Həm XX əsrin əvvəllərində həm də, sonlarında Azərbaycan müstəqilliyini elan edəndə bizi ilk tanıyan dövlət məhz Türkiyə olmuşdur.

“Azərbaycanın kədəri – kədərimiz, sevinci sevincimizdir” , deyən Atatürkdən başlayaraq, “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır” deyən Rəcəb Tayyıb Ərdoğana qədər hər zaman, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan – Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqa, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

İkinci Qarabağ müharibəsində Türkiyənin həmişə yanımızda olması, dövlət strukturunun rəhbərlərinin Azərbaycana səfərləri, beynəlxalq aləmdə bizə dəstəyi heç vaxt unudulmayacaqdır. Qələbəmizə həsr olunan möhtəşəm hərbi paradda hər iki liderin birlikdə “Hərbi salam” verməsi bu iki dövlətin arasında həqiqətən, təkcə strateji əməkdaşlıq deyil, çox doğma bir münasibətin təcəssümüdür.

İstər İ.Əliyev, istərsə də, Rəcəb Tayyıb Ərdoğanın beynəlxalq tədbirlərdə birliyi, həmrəyliyi, bir – birilərinə “Qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.

Azərbaycan – Türkiyə qardaşlığı bu gün iqtisadi sferada da, özünü ən yüksək zirvəsinə çatdırmışdır. Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Ölkələrimiz arasında yeni sazişin imsalanması isə böyük coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünki Avropa İttifaqının, digər qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan neft – qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.

İşğaldan azad olunmuş ərazilərimizin bərpa olunmasında da qardaş Türkiyə şirkətləri mühüm rol oynayır. Bu yaxınlarda Ağdama təşkil olunmuş Mediaturda iştirak edərkən, prezident İlham Əliyev tərəfindən təməli qoyulan ilk çoxmərtəbəli evin layihəsini gördüm.

2024 – cü ildə istifadəyə veriləcək bu həm Avropa, həm də şərq üslubunda tikiləcək binanın əsas iştirakçılarından biri də Türkiyənin “Ural” şirkətinin olduğunu gördüm.

Siyasi müstəvidə də hər iki ölkənin hakim partiyaları arasında uzun illərdir ki, davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdu. 2021 – ci il 1 – 3 iyun tarixlərində YAP – ın nümayəndə heyyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının dəvəti ilə Ankara şəhərində olmuşlar. Nümayəndə heyyətini qəbul edən Rəcəb

Tayyıb Ərdoğan Türkiyə - Azərbaycan əlaqələrinin belə yüksək səviyyədə inkişaf etməsində Azərbaycan prezidenti İlham Əliyevin rolunu xüsusilə qiymətləndirmişdir.

İyun ayının 2 –də əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Partiya liderləri arasında dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da, yaxşılaşması uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır.

Bu gün beynəlxalq platformalar çərçivəsində də iki qardaş dövlət bir – birinə dəstək olur. “Türkiyə - Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” deyən prezident İ.Əliyev Türkiyə ilə münasibətlərin bundan sonra da intensiv inkişaf edəcəyini demək olar ki, bütün çıxışlarında dilə gətirir.

Bu məqaləni yazarkən Azərbaycan Xalq Cümhuriyyəti yarandığı dövrü xatırladım. Təbii ki, Bakının azad olunmasında Türkiyənin rolu danılmazdır. Lakin Azərbaycanın müstəqilliyinin tanınması üçün uzun müddət Almaniyada mübarizə aparan Türkiyə diplomatları da gözlərim önündə canlandı. Sanki bu gün də tarix təkrar olundu. Türkiyə əsl qardaş həmrəyliyi göstərdi və Azərbaycanın müstəqilliyinə zərbə vurmağa çalışan bütün güclərə qarşı sipər rolunu oynadı.

Güntəkin Məmmədova

147 saylı texniki-humanitar liseyin tarix müəllimi,

Prezident mükafatçısı, Qabaqcıl təhsil işçisi

Xətai rayonu