• 1 Fevral 2023
logo
PKK terrorçularının liderlərindən biri zərərsizləşdirildi - Ərdoğan

PKK terrorçularının liderlərindən biri zərərsizləşdirildi - Ərdoğan

PKK liderlərindən biri, Iraqın Mahmur şəhərindəki terror təşkilatının lideri Selman Bozkır zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində yazıb.

Türkiyə prezidenti bildirib: "Türk Milli Kəşfiyyat Təşkilatı [MİT] PKK liderlərindən birini, Mahmurdakı terror təşkilatının lideri "Dr.Hüseyn" kod adlı Selman Bozkırı zərərsizləşdirdi. Bu əməliyyatın müvəffəq olmasında əməyi olan hər kəsə xalq adından təşəkkür edirəm".

Dövlət başçısı qeyd edib ki, Türkiyə Mahmuru terrorçular tərəfindən bir növ "inkubasiya mərkəzinə" çevirilməsinə icazə verməyəcək: "Terrorizmin qarşısını almağa davam edəcəyik".

Əməliyyat zamanı S.Bozkır ilə birlikdə daha iki silahlı zərərsizləşdirilib.