• 1 Fevral 2023
logo
Fransa Ermənistandan mina xəritələrinin verilməsini tələb etməlidir - Frederik Düma

Fransa Ermənistandan mina xəritələrinin verilməsini tələb etməlidir - Frederik Düma

Fransa və beynəlxalq ictimaiyyət Ermənistandan minalanmış ərazilərin xəritəsini verməsini tələb etməlidir.

Bunu Fransanın deputatı Xanım Frederik Düma özünün Tvitter heabında etdiyi paylaşımında bildirib.

"İkisi jurnalist olmaqla 3 mülki şəxs Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək həlak olub. İstər Ermənistanda, istərsə də Azərbaycanda mülki şəxslər münaqişə girovu olmamalıdır. Hər iki tərəf beynəlxalq hüququqa əməl etməlidir.

Fransa və beynəlxalq ictimaiyyət Ermənistandan minaların basdırıldığı ərazilərdə yerləşmə xəritəsini verməsini tələb etməlidir", - deyə, Fransalı deputat paylaşımında qeyd edib.