• 6 Fevral 2023
logo
İşğaldan azad edilmiş ərazilər üzrə xüsusi əlaqələndirmə qərargahı yaradılmışdır

İşğaldan azad edilmiş ərazilər üzrə xüsusi əlaqələndirmə qərargahı yaradılmışdır

Müzəffər Ordumuz 30 ildən artıq işğalda qalan torpaqlarımızı Ali Baş Komandanın rəhbərliyi altında mənfur düşməndən azad etmişdir. Bu qələbənin nəticəsi olaraq cənab Prezidentin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə xüsusi əlaqələndirmə qərargahı yaradılmışdır. Və bu çərçivədə bütün aidiyyatı, mərkəzi, yerli icra hakimiyyəti orqanları birgə , əlaqəli şəkildə fəaliyyət göstərərək bu ərazidlərdə müvafiq bərpa quruculuq işləri həyata keçirirlər. O cümələdən Ağdam rayonu da istisna deyil.
Bu fikirləri Prezidentin Ağdamda xüsusi nümayəndəsi Emin Hüseynov rayona səfər edən jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, cənab Prezidentin sərəncamı ilə bu günlərdə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsi və şəhərin mərkəzi olaraq xüsusi nümayəndəlik təsis olunmuşdur. İlkin olaraq Ağdamın tanınmış ziyalıları, ictimai xadimlərinin iştirakı ilə Ağdam şəhərinin baş planının təqdimatı keçirilmişdir. Və bu təqdimatda şəhərin gələcək görkəmi haqqında çoxlu detallar müzakirə olunub. Eyni zamanda bir sıra ictimai, mədəni, dövlət obyektləininin təməlqoyma mərasimləri keçirilmişdir. Biz hazırda Pənahəli xanın imarətinə baxış keçirik. İlk dayanacaq nöqtəmizdir. Sözsüz ki, məqsədimiz odur ki, Azərbaycan ictimiayyəti, media mənsubları tarixi mədəni irismizə vurulmuş bu ziyanı görsünlər, bədxah qonşularımızın apardıqları bu siyasətin nəticələrini, təzahürlərinin şahidi olsunlar. Burada dəymiş zərərin qiymətləndirilməsi gedəcək. Sonra Prezidentin tapşırığı ilə burada bütün mədəni tarixi irsimizin bərpası, restavrasiyası, gələcək nəsillərimizə qorunub saxlanılması ilə bağlı bütün zəruri tapşırıqlar icra ediləcək.
E. Hüseynov əlavə edib ki, Ağdam şəhərində böyük bir ərazi minalardan təmizlənib. Ərazilər təmizləndikcə yaşıl nişanlar qoyulur. Amma bu işlər hələ də, fasiləsiz olaraq davam etdirilir. Lakin şəhərdəki quruculuq işlərinə bu mane olmayacaq və işlər tam sürətilə həyata keçiriləcək. Məcburi köçkünlərin yerləşdiirlməsi ilə bağlı xüsusi işçi qrupu fəaliyyət göstərir. Ən vacib prinsip ondan ibarətdir ki, bu bizim ümumi işimizdir. Hamı bir yerdə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidir.