• 27 May 2024
logo
Fransa Prezidenti: “Davamlı sülhə şərait yaratmaq üçün dərin işləri davam etdirmək lazımdır”

Fransa Prezidenti: “Davamlı sülhə şərait yaratmaq üçün dərin işləri davam etdirmək lazımdır”

“Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatdan altı ay sonra yerlərdə davamlı sülhə şərait yaratmaq üçün dərin işləri davam etdirmək lazımdır”.

Bu barədə Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrikdə bildirilir.
Fransa Prezidenti məktubunda qeyd edib ki, bu, xüsusilə Ermənistan və Azərbaycan arasındakı sərhədin sülh yolu ilə delimitasiyasını və hərbi əsirlərin öz yaxınlarına qovuşa bilmələrini nəzərdə tutur: ”Bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunması da vacibdir. Bu baxımdan, UNESCO-nun təklif etdiyi missiyanın təşkilini asanlaşdırmağınızı tövsiyə edirəm”.