• 9 Fevral 2023
logo
Ərdoğan YAP nümayəndə heyətini qəbul edəcək

Ərdoğan YAP nümayəndə heyətini qəbul edəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının saytında məlumat verilib.

Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşüb - YENİLƏNİB
Boris Consonun ticarət elçisi: “Azərbaycan və Britaniya münasibətləri inkişaf edir”
Azərbaycan və Fransa XİN başçıları Ermənistanla sərhəddə gərginliyi müzakirə ediblər
Bildirilib ki, Türkiyə Prezidenti YAP nümayəndə heyətini AKP-nin mərkəzi qərargahında qəbul edəcək.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.