• 24 İyul 2019
logo
add image
“Sarsılmaz qardaşlıq” Ermənistanı sarsıtdı

“Sarsılmaz qardaşlıq” Ermənistanı sarsıtdı

Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2019”Azərbaycan-Türkiyə birgə təlimləri Ermənistanı ciddi şəkildə qorxudub. Nəticədə, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan KTMT-nin onlara cavab vermədiyi və dəstəkləmədiyinə görə ATƏT-ə müraciət edib.

“Azərbaycanda keçiriləcək təlimlər məsələsi ATƏT-də qaldırılıb. Məsələ hökumətlərarası səviyyyə də daxil olmaqla, müxtəlif səviyyələrdə qaldırılır. Məsələyə parlamentlərarası səviyyədə də baxıla bilər. Konkret olaraq bu məsələdə müvafiq format ATƏT-dir və bu çərçivədə artıq müvafiq alətlərin istifadəsinə başlanılıb” - deyə Mnatsakanyan bildirib.

Mnatsakanyan qeyd edib ki, bu təlimlər xüsusi xarakter daşıyır və regional təhlükəsizliyə daimi təhdid törədir.

Lakin Rusiya və Belarus ekspertləri Qriqori Trofimçuk və Leonid Spatka “Ordu”ya açıqlamalarında Azərbaycan-Türkiyə hərbi təlimlərinin regiona, KTMT-yə və ya ATƏT-ə təhdid təhdid törətməsi ilə bağlı səsləndirilən ehtimalı görmədiklərini bildiriblər.

Rusiyanın xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə eksperti Qriqori Trofimçukun fikrincə, Azərbaycan və Türkiyə KTMT üzvü deyil, lakin onları Rusiyanın yalnız iqtisadi tərəfdaşları da hesab etmək doğru deyil: “Moskvanın hər iki ölkə ilə münasibətlərində hərbi-texniki əməkdaşlıq səviyyəsinin göstəricisi müntəzəm olaraq daha yüksək səviyyə əldə edir. Bu Moskvanın yaxın gələcəkdə Azərbaycan-Türkiyə arasında baş tutacaq hərbi təlimləri haqqında nəinki xəbərdar olmasıdır, hətta onun KTMT-nin perimetri üçün heç bir təhlükə törətməyəcəyini anlayır, əksinə təlimlərin Cənubi Qafqaz cinahının daha da gücləndirəcəyni yaxşı başa düşür. KTMT qərargahı isə əlbəttə ki, bu məsələləri nəzarət altında saxlayır.

Ermənistan təlimlərə görə ciddi narahatdır. Bu ölkənin KTMT üzvü olmasına baxmayarq, qeyd etməliyəm ki, onun yeni rəhbərliyi 2018-ci ildə bu təşkilatın işini qeyi-sabitləşdirməyə çalışdı, bir ildən çox müddət ərzində onu Baş katibsiz goydu. Bu isə hərbi-siyasi blok üçün təmamilə yolverilməzdır. Əsas problemlərdən biri də budur, lakin onun həlli də 2020-ci ilə ertələnib. Buna görə də Ermənistan real vəziyyətdə KTMT-nin hədəflərini təyin edəcək bir ölkə deyil.

Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistan Nikol Paşinyanın hakimiyyətə gəlməsindən qabaq da KTMT-yə irad bildirirdi (güya ki, blok onu Azərbaycandan qorumur), lakin indi bu təzyiqləri artırmaq cəhdləri gücləndirilib. Buna görə deyə bilərəm ki, Ermənistan KTMT tərkibində olmasaydı, KTMT-nin öz təhlükəsizliyi üçün dəyərini daha sürətli və asan şəkildə qiymətləndirə bilərdi. Və bu halda, Azərbaycan-Türkiyə hərbi təlimləri Ermənistanda real narahatlığa, bəlkə də panikaya səbəb ola bilərdi.

Bu təlimlər haqqında Rusiyaya və KTMT üzvlərinə səslənən Ermənistan, artıq Xaçaturovun həbsi mövzusundan uzaqlaşır, KTMT-yə öz şərtlərini diktə etmək üçün növbəti bəhanə axtarır. Lakin artıq qeyd etdiyim kimi, KTMT özünə qarşı bütün çətinlikləri və təhdidləri düzgün qiymətləndirməyə, o cümlədən Moskvanın müttəfiqlərindən düşmən yaratmaq cəhdlərinə adekvat cavab vermək üçün kifayət qədər etibarlı bir strukturdur.

Hazırda KTMT öz təsir dairəsinə görə yeni səviyyəyə çatır. Bu işdə, təşkilatın daha da genişləndirilməsi üçün mövcud olan variantlar, o cümlədən Xəzər dənizi və Cənubi Qafqaz ilə bağlı olan Orta Asiyada kollektiv Avrasiya təhlükəsizliyinin möhkəmləndirilməsi böyük önəm daşıyır. Xüsusən, mən ekspert olaraq, 1992-ci ildə başlanğıcı məhz "Daşkənd Paktı" ilə qoyulan Özbəkistanın KTMT-nin işində yenidən daha fəal iştirakı ehtimalını nəzərdən keçirmişəm.

Azərbaycan üçün də, Ermənistana yaxşı məlum olduğu kimi, artıq bir neçə ildir ki, ekspertlər KTMT-yə yaxınlaşmaq üçün mümkün olan məsələləri müzakirə edirlər. Buna görə də, bizim bazarda olmadığımızı nəzərə alaraq, boş yerə hay-küy qaldırmaq lazım deyil. Və biz hər şey haqqında özmüzə vaxtında hesabat veririk.

Belarusun hərbi analitiki, ehtiyatda olan polkovnik Leonid Spatka isə öz növbəsində qeyd edib ki, belə hallarda Azərbaycan həmişə beynəlxalq hüquq normalarına riayət edir: “Bildirişlərə gəldikdə, bu, beynəlxalq hüquq çərçivəsindədir və mən bunun, xüsusilə də beynəlxalq təlimlər olduğuna görə Azərbaycan tərəfindən nəzərə alınmadığına şübhə ilə yanaşıram. Beynəlxalq hüquq qonşu ölkələrinin və beynəlxalq təşkilatların məlumatlandırılmasını tələb edir. Təmamilə aydındır ki, Azərbaycan-Türkiyə hərbi təlimləri, Ermənistan üçün özü haqqında və həmçinin, NATO-nun üzvü olan bir ölkənin qoşunlarının iştirakı ilə sərhəddə silah oynadan "təhlükəli" qonşu haqqında məlumat verməsi üçün bir bəhanədir.

Yəqin ki, Mnatsakanyanın bu bəyanatı KTMT-nin səssizliyinə bir növ cavabdır, çünki təşkilat Azərbaycan və Türkiyənin təlimlərinə dair heç bir açıqlama verməyib. Ən azı, mən bu məsələyə dair KTMT-nin bəyanatını heç bir yerdə görmədim. Əgər Azərbaycan tərəfindən heç bir xəbərdarlıq olmasaydı, KTMT də sassiz qalmazdı.

Təkrar edirəm ki, Ermənistan üçün bu bir daha təkrarən dünyaya özünü xatırlatmaq üçün bir bəhanədir. Düzünü desəm bunun üçün başqa heç bir izahat da tapa bilmirəm”.