• 27 İyul 2024
logo
"Qələbəmiz Makronun da kürkünə birə salıb"

"Qələbəmiz Makronun da kürkünə birə salıb"

Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsi, işğal edilən torpaqları azad etməsi Fransa prezidentinin də təşviçinə və narahatlığına səbəb olub. Qələbəmiz Makronun kürkünə birə salıb.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov bildirib.

Onun sözlərinə görə Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Ordusunun Qarabağın Ermənistanın işğalından azad olunması uğrunda apardığı mübarizədən və qazandığı uğurlardan bərk narahatlıq hissi keçirməsi təəccüb doğurmur.
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Fransanın Ermənistana tam dəstək mövqeyindən çıxış etməsi onun münaqişənin nizamlanması üçün aldığı beynəlxalq mandata tamamilə ziddir: "Fransanın, xüsusilə Makronun ermənilərə böyük sevgisi var. Fransanın ermənipərəst olduğunu sübut etməyə ehtiyac yoxdur. Bu ölkə qondarma "erməni soyqırımı"nı tanıyan ilk dövlətlərdən biridir. Amma prezident Makron erməni məsələsində daha da irəli gedərək, öz sevgisini açıq biruzə verdi. Makron Fransa prezidenti kimi deyil, erməni diaspora təşkilatı sədri və ya Daşnaksütun rəhbəri kimi çıxış edir. Makronu məğlub olan ermənilərin dərdi alıb, bilmir ki, onlara necə yardım, kömək etsin. Sadəcə, Qarabağla bağlı məntiqsiz fikirlər söyləməklə onların könlünü almağa çalışır. İt hürməkdədir, amma karvan çoxdan keçib. Uğursuz bir prezident kimi dünyada qəbul edilən Makron ötüb keçən karvanın arxasınca həsrət və nifrətlə baxır. Bu nifrət ermənilər kimi onu da Azərbaycan Ordusunun gücü qarşısında diz çökdürüb. Beləcə, Makrona ancaq Paşinyanı qucaqlamaq qalıb".
Cavid