• 19 May 2024
logo
ABŞ-ın məqsədi Rusiyanın Ermənistanda mövqeyini zəiflətməkdir

ABŞ-ın məqsədi Rusiyanın Ermənistanda mövqeyini zəiflətməkdir

ABŞ Konqrensinin Ermənistana növbədənkənar parlament seçkilərdən sonra 600 milyon dollar yardım ayıracağı qeyd edilir. ABŞ Milli Erməni Assambleyası bu haqda məlumat verib. Prezident C. Baydenin belə bir yardım ayırması mümkündür.

Politoloq Məhəmməd Əsədullazafə "Xalq Cəbhəsi"nə açıqlamasında deyib ki, N.Paşinyan qələbə qazandıqdan sonra, belə bir yardımın ayrılması reallaşa bilər: "Əsas strateji məqsəd Rusiyanın mövqeyini Ermənistanda zəiflətmək olacaq. ABŞ-Rusiya toqquşması bundan sonra da Ermənistanda yeni mərhələdə davam edəcək" .

Politoloq bildirib ki, ABŞ-ın ayrıacağı maliyyə yardımının çox hissəsinin Ermənistan silahlı qüvvələrinin inkişafına yönəldiləcəyi kimi məlumatlar var. Görünür, ABŞ bununla Rusiyanın orduda olan təsir gücünü də zəiflətməyə çalışacaq: "ABŞ-ın Ermənistana maliyyə yardımı və hərbi sahəsinə ayıracağı vəsait təbii ki, Paşinyan iqtidarı üçündür. Əgər, seçikilərdə Rusiyanın istədiyi şəxslər qalib olarsa, belə yardım edilməyəcək.

Ümumiyyətlə, ABŞ -ın maliyyə yardımı yalnız Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağldıqdan sonra ayırmalıdır. Rəsmi Bakı Vaşinqtonla bu istiqamətdə danışıqlar aparmalıdır. Çünki, Ermənistan Qarabağ iddialarından əl çəkməyəcəksə, onun hərbi qüvvələrinin gücləndirməsi üçün vəsait ayırması təhlükəsizliyi təhdid edəcək. Ona görə də Azərbaycan Ermənistanla sərhəddə təhlükəsizliyi üst səviyyədə saxlamalı və bütün təxribatlara qarşı hazır olmalıdır".

Cavid