• 14 Oktyabr 2019
logo
add image
Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalaya bilər

Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalaya bilər

Azərbaycan və Türkiyə preferensial ticarət barədə sazişin layihəsini hazırlayır.
Bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
O bildirib ki, bu cür saziş artıq Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında imzalanıb. Bu sazişə əsasən Naxçıvan MR-dən Türkiyəyə məhsullar güzəştli şərtlərlə tədarük olunacaq.
Nazir müavini əlavə edib ki, Naxçıvan MR-in blokada vəziyyəti ilə əlaqədar regionun iqtisadiyyatı Azərbaycanın ümumi iqtisadiyyatından fərqlənir:
“Bununla əlaqədar olaraq yeni sazişin özünəməxsus xüsusiyyətləri olacaq”.