• 4 İyul 2025
logo
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb

Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 31-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Baş nazir Türkiyə səfirinə Azərbaycandakı fəaliyyəti müddətində uğurlar arzulayıb.