• 20 Aprel 2024
logo
Ağdam dünyanın ən müasir şəhərlərindən biri olacaq

Ağdam dünyanın ən müasir şəhərlərindən biri olacaq

Bu gün demək olar ki, hər həftə dövlət başçısının regionlara xüsusən də işğaldan azad olmuş torpaqlarımıza səfərləri, orada aparılan yenidənqurma, bərpa işlərinə şəxsən nəzarət etməsi adi hala çevrilib. 2021-ci il 28 may tarixində
Ağdam şəhərinə səfəri zamanı da biz bu insanın öz işinə, vətəndaşına olan sevginin daha bir nümunəsini gördük.

Bu səyahət zamanı əsasən ağdamlılardan ibarət olan insanlarla görüşü zamanı cənab Prezident bildirdi ki, işğaldan azad olunmuş bütün ərazilər baş plan əsasında bərpa olunacaq. Şəhərin təsdiq ediləcək Baş Planı əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır. Baş plan hazırlanan zaman əlbəttə ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olacaq və onların təklifləri də nəzərə alınacaqdır.

Şəhərin infrastrukturu da tamamilə bərpa olunacaq. Səfər zamanı ölkə başçısı tanınmış ziyalıların iştirakı ilə Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin, eləcə də gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının, təməlini qoyuldu. Çıxışı zamanı Sənaye parkının ərazisinin təqribən 200 hektara yaxın olduğunu və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insanın işlə təmin ediləcəyini söylədi. Bərdə-Ağdam avtomobil yolunun da təməli qoyuldu və bildirildi ki, yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq.

Cənab İlham Əliyev bir daha bildirdi ki, azad etdilmiş bütün ərazilərdə erməni vandalizminin izləri var. Ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədilib.. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdılıb, talan edilib.. Tarixi-dini abidələrimiz sökülüb.

Çıxışında “Azərbaycan münaqişənin sülh və diplomatik üsullarla həll olunması üçün bütün lazımi addımları atmışdır” söyləyən İlham Əliyev bildirdi ki, keçən müddət ərzində Azərbaycan çalışırdı ki, münaqişəni sülh yolu ilə həll etsin. Ölkəmizin vətəndaşları yaxşı bilir ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır.

Ermənistan isə 30 ilə yaxın bir müddət ərzində yalnız təxribatlarla məşğul olub. Ölkənin rəsmi rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Bununla da faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Azərbaycan xalqı Bütün danışıqlar dövründən – 2003-cü ildən son hadisələrə qədər bu proseslərin şahididir.

Mövqeyimiz bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki təcavüzkar bizik, işğalçı bizik. Ona görə də biz hər zaman deyirdik ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi.

Ali Baş Komandan cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Böyük Qələbə sayəsində bütün dünya ölkəmizin gücünü gördü. Əlbəttə bu uğurların təməlində

güclü dövlət və müstəqil siyasət dayanır. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi.

44 günlük tarixi müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmadıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başladı.

Hər birimizə gün kimi aydın idi ki, Azərbaycan bu müharibə dövründə də çətin şəraitdə fəaliyyət göstərəcək. İkili standartlar daim mövcuddur. 30 il susan, BMT-nin 4 qətnamasinin həyata keçirilməsi üçün demək olar ki, heç bir müsbət fəaliyyət göstərməyən bir çox dövlətlər, beynəlxalq təşkilatlar əlbəttə ki, Azərbaycanın bu haqq savaşını alqışlamayacaqdır. Ona görə də bu müharibə zamanı da Azərbaycan özünü məsuliyyətli ölkə kimi tanıtmalı idi. “Biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin bütün qaydalarına riayət etmişik. Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik.

Biz bir dövlət olaraq bunun öhdəsindən gəldik, bacardıq, qalib gəldik. Xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək.

Bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Ermənistan məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə Ağdam deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, ermənilərin aqibətinə bənzər olacaq.

Ermənistanda böhran bu gün də davam edir. Müharibədən sonra, Azərbaycanın zəfərindən sonra daha da dərinləşib. 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi – əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar – indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir.

Ali Baş Komandan İlham Əliyev tədbirdə Azərbaycan Ordusunun qələbəsindən, strategiyasından da inamla danışdı.

Şanlı Azərbaycan Ordusunun tətbiq etdiyi hərbi strategiyalar sayəsində inamlı qələbəmiz təmin oldu. Azərbaycan Ordusu hücuma Ağdamdan başlasa idi böyük səhv olardı. Burada ermənilər çox mürəkkəb istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz böyük yanlışlıq olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Gücümüzü bir daha nümayiş etdirdik və Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdik. Müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunmuşdur. Ondan sonra Füzuli, ondan sonra Hadrut, ondan sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. 10 noyabrda Ermənistan kapitulyasiya aktını imzaladı. Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, Paşinyan hansı formada imzaladı. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir.

Bu gün artıq dünyanin aparıcı ali hərbi məktəblərində Azərbaycanın 44 günlük müharibəsi detallarına qədər öyrənilir. Bu bizim 44 günlük müharibə şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan.

Görüş zamanı cənab Prezident Ermənistanın təxribatlarınıa da kəskin münasibətni də bildirdi:

Əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Əgər xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə olarsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı.

Rəhimova Şəlalə Cahangir qızı

Xətai rayonu, Heydər Əliyev adına liseyin tarix müəllimi,

Əməkdar Təhsil işçisi