• 3 Dekabr 2021
logo
Deputat: “Erməni lobbisinə nökərlik edənlər Azərbaycanın tərəqqisinə kölgə salmaq istəyir”

Deputat: “Erməni lobbisinə nökərlik edənlər Azərbaycanın tərəqqisinə kölgə salmaq istəyir”

“Ağdam şəhərində təqdim olunan yeni Baş Plan Azərbaycanın güclü dövlət olmasının təntənəsidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.
Deputat bildirib ki, dövlət başçısının siyasəti təkcə Qarabağın inkişafına yönəlməyib, eyni zamanda digər regionların da inkişafı üçün tapşırıqlar verilir: “Qəbələyə səfər və s. Azərbaycanın güclü, qüvvətli olmasını bəziləri bu gün həzm edə bilmir. Bu gün erməni lobbisinə, onların havadarlarına açıq şəkildə nökərçilik edənlər Azərbaycanın tərəqqisinə kölgə salmaq istəyirlər. Türkiyə ilə münasibətlərimizə kölgə salmaq istəyənlər də belələridir”.