• 1 Dekabr 2021
logo
Fransa Ermənistanla Azərbaycan arasında sərhəd demarkasiyasının danışıqlar yolu ilə həyata keçirilməsinə çağırır

Fransa Ermənistanla Azərbaycan arasında sərhəd demarkasiyasının danışıqlar yolu ilə həyata keçirilməsinə çağırır

Fransa Ermənistanla Azərbaycan arasında sərhəddə insidentlərin artmasından dərin narahatlığını bildirir.

Bu barədə Fransanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Qeyd olunub ki, Fransa tərəfləri son dərəcə təmkinli olmağa və hər hansı bir təxribatdan çəkinməyə çağırır. İki ölkə arasındakı sərhədin demarkasiyası və delimitasiyası tərəflər arasında aparılan danışıqların bir hissəsi olaraq həyata keçirilməlidir.

Xatırladaq ki, mayın 27-də, saat 03:00 radələrində erməni təxribat qrupları Azərbaycanın dövlət sərhədini keçərək Azərbaycan ərazilərini minalamaq və digər təxribat xarakterli cəhdlər göstəribər.

İlkin məlumata görə, iki təxribat və kəşfiyyat qrupu iki istiqamətdə Azərbaycanın dövlət sərhədini keçib. Biri doqquz, digəri 15 əsgərdən ibarət olublar. Sabotaj və kəşfiyyat qruplarının hərəkəti nəzarət altına alınıbv. Erməni hərbçiləri Azərbaycanda tədarük xətlərini və digər yolları minalayarkən Azərbaycan ordusu dərhal hər iki qrupa qarşı əməliyyat tədbirləri görüb.

Nəticədə ibirinci təxribat və kəşfiyyat qrupu heyətindən bir zabit olmaqla dörd və digərindən iki hərbçi saxlanılıb və tərkisilah edilib.