• 28 Noyabr 2021
logo
BMT Təhlükəsizlik Şurası Malinin prezidenti və baş nazirinin həbsini qınayıb

BMT Təhlükəsizlik Şurası Malinin prezidenti və baş nazirinin həbsini qınayıb

BMT Təhlükəsizlik Şurası Malinin müvəqqəti prezidenti Ba Ndao, baş naziri Moktar Uana və keçid dövrünün digər liderlərinin həbs olunmasını qınayıb və onların dərhal sərbəst buraxılmasını istəyib.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının açıqlamasında deyilir.

Aşıqlamada bildirilir: "Təhlükəsizlik Şurasının üzvləri həbs olunan bütün vəzifəli şəxslərin təhlükəsiz şəkildə, dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıblar".

BMT Təhlükəsizlik Şurasının həmçinin üzvləri keçid dövrünün yenidən başladılmasına çağırıblar.