• 7 Oktyabr 2022
logo
Azərbaycanın vaxtında vaksinasiya prosesinə başlaması yumşalmalara imkan yaratdı - Deputat

Azərbaycanın vaxtında vaksinasiya prosesinə başlaması yumşalmalara imkan yaratdı - Deputat

Koronavirus pandemiyası başlayan ilk vaxtlardan etibarən Azərbaycanda koronavirus infeksiyasının qarşısının alınması istiqamtində ciddi və sistemli tədbirlər həyata keçirməyə başlandı. Görülən bu tədbirlərin nəticəsində Azərbaycan pandemiyadan ən az əziyyət çəkən ölkələrdən biridir. Eyni zamanda, Azərbaycanın vaksinasiya prosesinə başlaması karantin rejmində yumşalmalara getməyə imkan yaratdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycanda COVİD-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə həyata keçirilən tədbirlərin effektivliyi bu gün özünü daha aydın şəkildə biruzə verir.

A.Hüseynov bildirib ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində görülən tədbirlər əksər ölkələr üçün bir nümunəyə çevrilib və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: “Azərbaycan bu istiqamətdə gördüyü tədbirlərin miqyasına və maliyyə tutumuna görə bir çox dövlətləri geridə qoyur. Belə ki, bu tədbirlər insanların sağlamlığının qorunmasından tutmuş, iqtisadi inkişafın təmin edilməsinə qədər geniş spektri əhatə edir. Azərbaycanda bu tədbirlərin xronologiyasına nəzər saldıqda, bütün işlərin sistemli və əsaslandırılmış şəkildə həyata keçirilməsinin şahidi oluruq.

Koronavirusa qarşı görülən tədbirlər sırasında vaksinasiya prosesi isə mühüm əhəmiyyətə malikdir. Azərbaycan vaksinləri ilk əldə edən azsaylı ölkələrdən birinə çevrildi. Azərbaycanın qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlaması ölkədə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaratdı: “Ötən gün Operativ Qərargahın karantin rejiminin yumşalması ilə bağlı verdiyi qərar virusa qarşı görülən sistemli tədbirlərin nəticəsində mümkün oldu. Dünyanın bir sıra ölkələrində hələ də tam qapanma şəraiti davam edir, açılım tədbirlərinə getmək mümkün olmur, Azərbaycan məhz belə bir şəraitdə uğurlu nəticələr əldə edib. Eyni zamanda, Azərbaycan kifayət qədər vaksin ehtiyyatını təmin edib və hətta insabnlar üçün vaksin seçimi imkanı yaradıb.

Hesab edirəm ki, insanlarımız da görülən bu tədbirlərin müsbət sonluqla nəticələnməsi üçün əllərindən gələni edəcək, virusun yenidən artmasının qarşısını almaq üçün karantin qaydalarına ciddi riayət edəcəklər”.